Papaqçının papağı yırtıq olar.

A cobbler is always without shoes. / The cobbler’s wife is the worst shod. / Ever busy, ever bare. Портной без штанов, сапожник без сапог, а плотник без дверей.
papaq mənə haram olsun əgər ...
papaqla vursan yıxılar
OBASTAN VİKİ
Yırtıq
Yırtıq (ing. Hernia) ― toxumanın və ya bir orqanın normal yerləşdiyi boşluğun divarından anormal formada bayıra çıxması halı.
Frigiya papağı
Frigiya papağı və ya azadlıq papağı — Şərqi Avropa, Kiçik Asiya, o cümlədən, Frigiya, Dakiya və Balkanlarda yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaq. Müasir Avropada o, azadlıq və müstəqilliyə işarədir və tez-tez qədim Romada qulların sərbəst buraxılamasının rəmzi olan papaq-pilosla qarışıq salınır. Qədim dövrdə monarxiya rejimlərində tac hakimiyyətdə olan sülaləni təmsil edirdisə, respublika qurulmuş dövlətlərdə gerb Frigiya papağı ilə təsvir olunurdu. Müxtəlif dövlətlərin milli simvollarında, o cümlədən də Fransanın Mariannasında bu papağı görmək olar. Frigiya papağı e.ə. 4-cü əsrə qədər frigiyalıların ana ilahəsi Kibelanın əri Attislə simvolizə olunub. Sonralar qədim yunan vazalarında və memarlıq abidələrində əfsanəvi hökmdar Midas və başqa frigiyalılar bu papaqla təsir olunmağa başladılar. Rəvayət görə Midas bu papaqdan Apollonun lənətinə görə ona verilən uzun qulaqlarını gizlətmək üçün istifadə edirdi. Tezliklə Frigiya papağına qeyri-yunan xalqlarının mədəniyyətlərində də rast gəlinir. Troyalılar və Kiçik Asiyanın qərbində yaşayan digər xalqlar, həmçinin onların qəhrəmanları - Paris, Eney, Hanimed bu papaqla təsvir olunurlar.
Panama papağı
Panama papağı (isp. sombrero panamá) — Ekvador mənşəli ənənəvi kənarlı saman papaq.
Sind papağı
Sind topisi -— Sind milli baş geyimi. Sind milli baş geyimi olan Sind topisi əsasən Pakistanın Sind əyalətində yaşayan əhali tərəfindən geyinilən baş geyimidir. Bu geyimdən Saraiki xalqı, Bəluc xalqı və Puştunlar da istifad edir və bütün Pakistan ərazisində rast gəlinir. Əcrək və ya Saraiki Əcrək ilə yanaşı Sind papağı, Sind və Saraiki mədəniyyətinin mühüm bir hissəsi hesab edilir. Bu geyim həm də Sind milliyyətçiliyinin bir nişanəsidir. Sind papağının alın hissəsi açıq olan dairəvi/silindir formalı geyim növüdür. Qarışıq həndəsi naxışlar bu geyim üzərində öz əksini tapıb və əksər vaxt çox kiçik şüşə parçaları da içərisinə işlənir. Sind mədəniyyətində Sind papağı, Əcrək ilə yanaşı hədiyyə və ya hörmət əlaməti olaraq bağışlanır. 2009-cu ilin dekabr ayında Pakistanın Sind əyalətində Sind sərhəddini və bütövlükdə Sind mədəniyyətini qeyd etmək üçün "Sind Topi Günü" keçirildi. 2010-cu ildən bu gün "Sind mədəniyyəti günü" adlandırılmağa başlandı.
İntervertebral yırtıq
Fəqərəarası (İntervertebral) yırtıq (disk yırtığı) lifli halqanın bütövlüyünün pozulması nəticəsində fəqərəarası diskin nüvəsinin onurğa kanalına çıxması (ekstruziyası) olur. Lomber-sakral onurğanın fəqərəarası disklərinin yırtıqları daha çox (ildə 100.000 əhaliyə 150 hal), boyun onurğasında və torakal fəqərələrdə ise daha az rast gəlinir. Yırtıqlar nadir hallarda cərrahi müdaxilə tələb edir, lakin buna baxmayaraq hər il ABŞ- da 200.000-dən çox, Almaniyada isə 20.000-dən çox müdaxilə edilir. 48% hallarda yırtıqlar lumbosakral bölgənin L5-S1 səviyyəsində, 46% hallarda — L4-L5 səviyyəsində, qalan 6% — digər səviyyələrdə və ya lumbosakralın bir neçə səviyyəsində lokallaşır. Nisbətən yüngül vəziyyət — lifli halqanın qırılmadan intervertebral diskin nüvəsinin çıxıntısı protruziya adlanır. Disk degenerasiyası hal-hazırda yırtığın səbəbi kimi qəbul edilən əsas faktordur. Lakin disk degenerasiyası və sonrakı yırtığın təhrikedici amilləri tam öyrənilməyib. Bu proses multifaktorial etiologiyaya bağlıdır. 3 amil var: genetik, metabolik və ya qidalanma pozğunluqları və mexaniki, daimi mikrotravmalar və fəqərəarası diskin strukturlarının tədricən məhv olması səbəbindən. Bununla belə, diskdə degenerativ dəyişikliklərin xarakterini və sürətini təkcə genetik endogen amillər deyil, həm də ekzogen təsirlər müəyyən edir.
Dama-dama göl olar (film, 1982)
Bəsləsən atlas olar tut yarpağından (film, 1957)
Bəsləsən atlas olar tut yarpağından qısametrajlı sənədli filmi rejissor İsmayıl Əfəndiyev tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur.